Dünyaca məşhur müğənni milyarder oldu

11:58 - 30 Dekabr 2025

Dünyaca məşhur müğənni milyarder oldu

Grammy mükafatı sahibi, ABŞ-lı müğənni Beyonce-nin "Forbes" jurnalının milyarder siyahısına daxil olan beşinci musiqiçi olduğu bildirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Forbes" tərəfindən yayımlanan xəbərə görə, Beyonce-nin qurduğu şirkət və markalarla, həmçinin əsasən musiqi karyerası boyunca qazandığı sərvəti 1 milyard dollara çatıb.

Beyonce həyat yoldaşı, ABŞ-lı repçi Jay-Z kimi, "Forbes" jurnalının milyarderlər siyahısına daxil olan 44 yaşlı müğənni, bu siyahıda beşinci musiqiçi olub.

Beyonce və Jay-Z-dən əlavə, Taylor Swift, Bruce Springsteen və Rihanna da milyarder musiqiçilər arasında yer alır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az