Banqladeşin keçmiş baş naziri 80 yaşında vəfat etdi

12:39 - 30 Dekabr 2025

Banqladeşin keçmiş baş naziri 80 yaşında vəfat etdi

Banqladeşin ilk qadın baş naziri və ölkə siyasətinin güclü simalarından biri olan Begüm Xalidə Ziya 80 yaşında vəfat edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Banqladeş Milliyyətçi Partiyasının (BNP) verdiyi açıqlamaya görə, bir müddətdir sağlamlıq problemləri ilə mübarizə aparırmış.

Məlumata görə, müvəqqəti hökumətə "baş müşavir" olaraq rəhbərlik edən Məhəmməd Yunus başsağlığı açıqlamasında Ziyanın vəfatı ilə "ölkənin böyük bir qoruyucusunu itirdiyini" - vurğulayıb.

Ürək xəstəliyi, şəkərli diabet və böyrək problemləri kimi uzun müddətdir davam edən müxtəlif sağlamlıq problemləri olan 80 yaşlı Ziya noyabr ayında xəstəxanaya yerləşdirilib və daha sonra reanimasiyaya alınmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az