Kanadalı məşhur aktrisa Klair Brosseau illərdir mübarizə apardığı ağır ruhi xəstəliklər səbəbilə həyatına son vermək üçün tələb irəli sürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kanada sənət dünyası və ictimaiyyəti 48 yaşındakı aktrisa Klair Brosseau-nun şok edici tələbiylə sarsılıb. Uşaqlığından bəri ağır depressiya və bipolar pozğunluqla mübarizə aparan Brosseau ağrılarının artıq dözülməz hala gəldiyini ifadə edərək "Tibbi yardımlı ölüm" və ya evtanaziya hüququ üçün məhkəməyə müraciət edib.
Brosseau verdiyi açıqlamalarda, ruhi problemlərinin uşaqlıq illərinə qədər uzandığını və həyatı boyu dəfələrlə intihar etməyə cəhd etdiyini qeyd edib.
Məşhur aktrisa "Ən yaxşı günlərimdə belə, tək istəyim ölmək idi. Bu, mənim üçün bir seçim deyil, dayanmayan bir əzabın sona çatdırılmasıdır" - deyib.
Qeyd edək ki, Kanadada tətbiq olunan qanunlar, tibbi yardımlı ölümlə bağlı hüququ yalnız fiziki və müalicə edilə bilməyən xəstəliklərə sahib olan insanlar üçün qanuni sayır. Ruhi xəstəlikləri əhatə edən genişləmə isə hökumət tərəfindən 2027-ci ilə qədər təxirə salınıb.