İngiltərənin Birmingem şəhərindən İspaniyanın Tenerife adasına uçan Ryanair təyyarəsi havada qarşılaşdığı güclü hava boşluğu səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sərnişinlərin "qorku filmi kimi" təsvir etdiyi hadisədə bir çox insan yaralanıb.
Uçuşun 40-cı dəqiqəsində Fransa sahilləri üzərində 37 min fut yüksəklikdə olan təyyarə qəflətən güclü hava boşluğuna düşüb.
Hadisə zamanı kabin xidmətinin davam etdiyi və təhlükəsizlik kəməri işarələrinin yanmadığı məlum olub. Şahidlərin verdiyi məlumata görə, təyyarə anidən sağa və sola sərt manevrlər edərək yüksəklik itirib. Yaşadıqlarını danışan bir yolcu, "Hər şey bir anda oldu. Təyyarə sanki nəzarətdən çıxmışdı, oturacaqlardan sıçrayıb tavana çırpıldıq. Tam bir qorxu filmi səhnəsi kimi idi" - deyib.