2 tramvay toqquşdu - Yaralılar var

16:28 - 30 Dekabr 2025

2 tramvay toqquşdu - Yaralılar var

Belçikanın Anvers şəhərində iki tramvayın toqquşduğu bildirilib. Qəzada 9 nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Anversin Zwijndrecht bölgəsinə doğru hərəkət edən 5 və 9 nömrəli xətdəki iki tramvay yerli vaxtla səhər saat 08:30 radələrində toqquşub.

Halewijnlaan bölgəsi yaxınlığında baş verən qəzada, hər iki tramvayın sürücüsü və 7 sərnişin yaralanıb. Rəsmi qurumlar, yaralıların heç birinin həyati təhlükəsinin olmadığını açıqlayıb.

Qəza nəticəsində 3, 5, 9 və 15 nömrəli tramvay xətlərində gecikmələr yaşanıb, hadisənin səbəbləri ilə bağlı araşdırma başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az