Pezeşkiyandan Trampın açıqlamasına cavab - "Qarşılığı sərt olacaq"

16:45 - 30 Dekabr 2025

Pezeşkiyandan Trampın açıqlamasına cavab - \"Qarşılığı sərt olacaq\"

ABŞİsrail liderlərinin İrana qarşı yenidən hücum etmə ehtimalı ilə bağlı açıqlamalarına reaksiya verən İran Prezidenti Mesud Pezeşkiyan verəcəkləri hər cür cavabın "şiddətli və peşmanlıq doğuran" olacağını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pezeşkiyan ABŞ mərkəzli sosial media platforması X-dən bu mövzu ilə bağlı yazılı açıqlama yayıb.

İran Prezidenti "İran İslam Respublikasının hər cür zalımcasına hücuma verəcəyi qarşılıq, şiddətli və peşmanlıq doğuracaq olacaq" - ifadəsini istifadə edib.

Qeyd edək ki, Tramp İsrailin İrana qarşı mümkün hücum ehtimalı ilə bağlı verilən suala cavab verən ABŞ Prezidenti Trump bu cür bir vəziyyətə açıq olduğunu bildirib.

Trump, "Onlar (İran) edəcəklərinin nəticələrini bilir. Nəticələrin çox ağır olacağını bilirsiniz, bəlkə də keçən dəfəkindən daha ağır. İran, keçən dəfə onlara seçim təklif etdikdə bizimlə razılaşmalı idi" - şərhini verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az