Nigeriyanın Lagos şəhərində 25 mərtəbəli binada yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş verən yanğında 5 nəfərin həyatını itirdiyi bildirilib.
Məlumatda 12 nəfərin isə yaralandığı qeyd olunur.
Yaralıların xəstəxanaya aparılıb. Ölənlərin sayının artmasının ehtimal olunduğu vurğulanıb.
Açıqlamada müdaxilə qruplarının bölgəyə göndərildiyi və hadisə ilə bağlı araşdırmanın başladığı bildirilib.