Türkiyədə məşhurların narkotik istintaqı çərçivəsində sosial media fenomeni Şeyma Subaşı saxlanılıb.
Manset.az xəbər verir ki, Subaşı İstanbul hava limanında polis əməkdaşları tərəfindən tutulub.
Xatırladaq ki, daha əvvəl İstanbul Respublika Baş Prokurorluğunun qərarı ilə “narkotik vasitələrdən istifadə” maddəsi üzrə aparılan istintaq çərçivəsində aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılmışdı. Ümumilikdə 10 şübhəli şəxs barəsində tutulma qərarı verilmiş, bəzilərinin isə axtarışda olduğu bildirilmişdi. Sonradan tibbi ekspertiza prosedurları başa çatdıqdan sonra saxlanılan məşhurlar sərbəst buraxılıblar.