Dünyanın ən kök insanı kimi Ginnesin Rekordlar Kitabına düşən meksikalı Xuan Pedro Franko vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə El Universal məlumat yayıb.
“Dünyanın ən kök adamı kimi tanınan meksikalı Xuan Pedro Franko 41 yaşında böyrək infeksiyasından vəfat edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, 2017-ci ildə Franko Ginnesin Rekordlar Kitabına dünyanın ən ağır insanı kimi daxil olub. O zaman onun çəkisi 595 kiloqram idi.