61 təyyarə reysi ləğv edildi 

10:53 - 31 Dekabr 2025

61 təyyarə reysi ləğv edildi 

"Türk Hava Yolları" (THY) Türkiyənin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar 31 dekabr tarixinə planlaşdırılan 61 reysini ləğv edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin sosial media hesablarında rəsmi məlumat paylaşılıb.

Bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi istiqamətlər üzrə səfərlər ləğv olunub.

Qeyd edək ki, reysləri ləğv olunan sərnişinlər biletlərini başqa tarixə dəyişmək və ya geri qaytarmaq hüququndan istifadə edə bilərlər. Hazırda digər reyslərin cədvəl üzrə yerinə yetirilməsi planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az