Film kimi soyğunçuluq: 30 milyon avro OĞURLANDI 

12:33 - 31 Dekabr 2025

Film kimi soyğunçuluq: 30 milyon avro OĞURLANDI 

Naməlum şəxslər Almaniyanın Helsenkirxen şəhərindəki "Sparkasse" bankının seyfinə daxil olaraq təxminən 30 milyon avro oğurlayıblar.


Manset.az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, oğrular gecə saatlarında yaxınlıqdakı dayanacaqdan binaya daxil olub, qazma alətindən istifadə edərək seyf divarında böyük bir dəlik açaraq içəriyə keçiblər. Orada 3200 seyf qutusunu açıb, içindəkiləri oğurlayaraq qaçıblar. Soyğunçuluq ertəsi gün səhər tezdən aşkar edilib.

Bu, Almaniyanın cinayət tarixindəki ən böyük oğurluq hadisələrindən biri olub.

Cinayət nəticəsində 2500-dən çox əmanətçi zərər çəkib. Onların bir çoxu artıq iki gündür ki, bankın qarşısında toplaşaraq pulları və qiymətli əşyaları barədə məlumat gözləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az