Ukrayna Ali Radasının keçmiş deputatı Yuri Mixalçişin NTA televiziya kanalında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampı İosif Stalin və Franklin Ruzveltlə müqayisə edib.
Manset.az xəbər verir ki, onun sözlərinə görə, özünün müdafiəyə ehtiyacı olduğu bu gün Avropa İttifaqı tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyin mənası yoxdur. Siyasətçinin fikrincə, Alyaskanın Ankoric şəhərində keçiriləcək Rusiya-Amerika dialoqu Avropanın təsir dairələrinə bölünməsi məsələsini qaldıra bilər.
Mixalçişin İkinci Dünya Müharibəsi dövründə Tehran və ya Yalta konfranslarının təkrarlanmasına eyham vurub.
“Yalnız yeni Stalin və yeni Ruzveltin yeni Çörçill olmadan görüşdüyü formatda, çünki o, sadəcə mövcud deyil və təəssüf ki, mövcud ola da bilməz", - deyə o, yekunlaşdırıb.