Bu zəlzələlər hər şeyi partlada bilər - Alimlərdən xəbərdarlıq

15:45 - 31 Dekabr 2025

Bu zəlzələlər hər şeyi partlada bilər - Alimlərdən xəbərdarlıq

Alimlər yanvar ayında baş verən zəlzələlərin Avropanın ən böyük buzlağının altındakı nəhəng vulkanın yenidən aktivləşib püskürdə biləcəyini bildiriblər.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər ilin əvvəlindən bəri çoxsaylı zəlzələlərin baş verdiyi İslandiyada seysmik aktivlik və vulkanlar arasındakı əlaqəni araşdırıblar.

İslandiyada seysmik aktivlik maqmanın yerin dərinliklərində yenidən yüksəldiyini göstərir və bu da alimləri artıq "Bardarbunqanın püskürüb-püskürməyəcəyi" deyil, nə vaxt püskürəcəyi" ilə bağlı düşünməyə vadar edir.

Mütəxəssislər vulkanların buz və lavanın qarşılıqlı təsiri səbəbindən son dərəcə partlayıcı xarakter daşıya biləcəyini qeyd edirlər.

İslandiya alimləri isə "ölkədəki 34 aktiv vulkan sisteminin təxminən yarısının buzlaqların altında yerləşdiyi və iqlim dəyişikliyi səbəbindən sürətlə əriyən buzlaqların vulkan püskürmələrini daha tez-tez və şiddətli edə biləcəyi" nəzəriyyəsini araşdırırlar.

Braun Universitetinin geofizika üzrə tədqiqatçısı Alli Kunin belə şərh verib: "Buzlaqların əriməsi maqma istehsalını artıra bilər və bu da daha böyük və ya daha tez-tez baş verən vulkan püskürmələrinə səbəb ola bilər".

İslandiya Meteorologiya İdarəsindən Mişel Parks bildirib ki, modelləşdirmə göstərir ki, əriyən buzlaqlar səbəbindən İslandiyanın altında əmələ gələn maqma miqdarı ən azı ikiqat artıb, lakin bu maqmanın səthə çatmasının nə qədər vaxt aparacağı hələ də məlum deyil.

Sonuncu dəfə 2014-cü ildə püskürən və İslandiyanın son 200 ilin ən böyük vulkan püskürməsinə səbəb olan Bardarbunga vulkanı püskürmə zamanı yüzlərlə metr hündürlüyə çatan lava axınları əmələ gətirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az