Venesuela Prezidenti Nikolas Maduro Bruklindəki həbsxanaya aparılıb.
Manset.az xəbər verir ki, bu barədə CNN Nyu-York şəhər polisinə istinadla məlumat yayıb.
Telekanal bildirib ki, o, əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə helikopterlə Manhettenə aparılıb. Saxlama mərkəzinin qarşısında çoxlu sayda insan toplaşıb, bəziləri əllərində Venesuela bayraqları tutub.
Prezidentin gələn həftə Manhetten məhkəməsində çıxış edəcəyi bildirilir.

