"Gözəgörünməz" təyyarələrin istehsalı başlayır

12:40 - 04 Yanvar 2026

\"Gözəgörünməz\" təyyarələrin istehsalı başlayır

Avropa İttifaqında radarlara düşməyən (stels texnologiyalı) FMLA çoxfunksiyalı yüngül turbovintli təyyarəsinin istehsalına başlanılır.


Manset.az "Defence Express" nəşrinə istinadən xəbər verir ki, "gözəgörünməz" FMLA (Future Multirole Light Aircraft) layihəsi Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro məbləğində maliyyə vəsaiti alıb.

Yeni təyyarə birbaşa atəş dəstəyi, dronların qarşısının alınması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf təyini vəzifələrini yerinə yetirmək qabiliyyətində olacaq. FMLA-nın axtarış-xilasetmə işləri də daxil olmaqla mülki missiyalar üçün uyğunlaşdırılması imkanı ayrıca qeyd olunur.

Təyyarə turbovintli mühərriklə təchiz ediləcək, uçuş çəkisi 7.5 tona qədər olacaq və uzunluğu 450 metrdən çox olmayan zolaqlardan qısa uçuş və enişi icra edə biləcək.

Yeni təyyarənin tədarük müddəti hələlik 2035-2040-cı illərə planlaşdırılır ki, bu da layihəni Avropa aviasiyası üçün uzunmüddətli təşəbbüsə çevirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az