Ermənistanda güclü partlayış oldu

14:25 - 04 Yanvar 2026

Ermənistanda güclü partlayış oldu

Ermənistanın Kotayk vilayətinin Abovyan şəhərində yerləşən qazdoldurma məntəqəsində partlayış və ardınca yanğın qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.


Manset.az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, insident səhər saatlarında baş verib. İlkin araşdırmalar partlayışa məntəqə əməkdaşlarından birinin siqaret çəkməsinin səbəb olduğunu göstərir.

Yaralanan şəxs dərhal İrəvanda yerləşən ixtisaslaşmış Yanıq Mərkəzinə çatdırılıb. Faktla bağlı cinayət işi başlanıb və hadisənin detalları araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az