Bu ölkənin hava məkanı bağlandı

16:38 - 04 Yanvar 2026

Bu ölkənin hava məkanı bağlandı

Yunanıstanın hava məkanı tamamilə bağlanıb.


Manset.az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.

Hazırda ölkəyə heç bir təyyarənin daxil olmadığı bildirilir. Səhər saatlarından etibarən Yunanıstan hava məkanında radiostansiya rabitə sistemlərində yaranan texniki nasazlıq səbəbindən uçuşlarda böyük fasilələr yaranıb.

Afina Nəzarət Mərkəzinin radiotezlik sistemlərindəki problem səbəbindən Afina uçuş bölgəsi xəttində reyslə məhdudlaşdırılıb. Ölkə daxilindəki bütün aeroportlarda uçuş əməliyyatları dayanma vəziyyətinə gəlib.

Sistem problemi səbəbindən daxili və xarici reyslərdə uzunmüddətli gecikmələr və ləğvlər müşahidə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az