Gürcüstanda əlverişsiz hava şəraitinə görə bir sıra turizm obyektləri müvəqqəti olaraq ziyarətçilər üçün bağlanacaq.
Manset.az xəbər verir ki, bu haqda “Sputnik Gürcüstan” məlumat yayıb.
Sinoptiklər yanvarın 3-ü və 4-də Gürcüstanın əksər hissəsində hava şəraitinin pisləşdiyini bildiriblər.
Məlumata görə, aşağıdakı obyektlər bağlanacaq:
Sataplia;
Navenakhevi mağarası;
Okatse kanyonu;
Okatse şəlaləsi.