"Kuba hakimiyyəti süquta yaxındır"

09:22 - 05 Yanvar 2026

\"Kuba hakimiyyəti süquta yaxındır\"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kuba hakimiyyəti gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır.


Manset.az Report-a istinadən xəbər verir ki, Amerika lideri Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən (Florida) Vaşinqtona gedən təyyarədə jurnalistlərə bildirib.

"Düşünürəm ki, Kubanın süquta hazır olduğunu görürsünüz. Kuba çökməyə hazır görünür. Onların necə tab gətirəcəyini və ya gətirməyəcəyini bilmirəm", - Tramp deyib.

Onun sözlərinə görə, Kubanın hazırda heç bir gəliri yoxdur. "Onlar bütün gəlirlərini Venesuela neftindən alırdılar, indi isə artıq heç nə əldə etmirlər. Kuba isə sözün əsl mənasında çökməyə hazırdır", - ABŞ Prezidenti əlavə edib.

Vaşinqtonun Havanaya qarşı mümkün hərbi əməliyyatları ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, o, belə bir hərəkətin zəruri olduğuna inanmır. "Düşünürəm ki, Kuba sadəcə çökəcək. Düşünmürəm ki, hər hansı tədbir görməliyik, görünür, sadəcə olaraq çökəcək", - o deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az