Türkiyədə məşhurlara qarşı aparılan narkotik vasitələrlə bağlı istintaq tədbirləri davam edir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhurlara yönəlmiş narkotik əməliyyatı çərçivəsində saxlanılanların siyahısı genişlənib. “Kızılcık Şerbeti” serialında “Fatih” obrazını canlandıran aktyor Doğukan Güngör də aparılan əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Son illərdə şəxsi həyatı ilə tez-tez gündəmə gələn Doğukan Güngör sözügedən serialda “Fatih” obrazı ilə tanınırdı.
Qeyd edək ki, dekabrın 18-də Sarıyer, Eyüpsultan, Şişli, Üsküdar, Bakırköy və Esenyurt rayonlarında yerləşən 7 ünvana eyni vaxtda keçirilən əməliyyat zamanı aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic və müğənni Aleyna Tilki saxlanılmışdı. Onlar ifadələri alındıqdan sonra sərbəst buraxılmışdılar. Həmçinin Şeyma Subaşı barəsində çıxarılmış axtarış qərarından sonra ölkəyə qayıtmış və istintaqa ifadə vermişdi.