Venesuelanın müvəqqəti prezidentindən gözlənilməz həmlə

12:14 - 05 Yanvar 2026

Venesuelanın müvəqqəti prezidentindən gözlənilməz həmlə

ABŞ Prezidenti Donald Trampın, ABŞ maraqlarına zidd addımlar atarsa, taleyinin Madurodan daha pis olacağı barədə xəbərdarlıq etdiyi Venesuelanın müvəqqəti Dövlət Başçısı Delsi Rodrigesdən ABŞ hökumətinə əməkdaşlıq çağırışı gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rodriges Instagram hesabında “dünyaya və ABŞ-a bir mesaj” paylaşaraq, xarici təhdidlərdən təmizlənmiş, qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlıq əsasında bir mühitdə yaşamaq istədiklərini vurğulayıb. O, sülh içində birgə yaşama öhdəliyini bir daha təkrarlayıb.

"Prezident Donald Tramp, xalqlarımız və bölgəmiz müharibə deyil, sülh və dialoq hüququna malikdir," – deyə Rodriges bildirib. O, Maduronun bu mesajı daim təkrarladığını və artıq bunun bütün Venesuelanın ortaq mesajı olduğunu qeyd edib.

Qeyd edək ki, Venesuela Ali Məhkəməsi (TSJ) Maduronun saxlanılmasından sonra Dövlət Başçısı Müavinəsi Delsi Rodrigesi ölkənin müvəqqəti Dövlət Başçısı olaraq vəzifəyə gətirmək qərarını vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az