ABŞ-ın Venesuela Prezidenti Maduro və həyat yoldaşını zorla həbs etməsinə Çin sərt cavab verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada, “ABŞ-ın bu hərəkəti, beynəlxalq hüququn açıq bir pozulmasıdır” deyilib.
Vaşinqtonu bir ölkənin seçilmiş liderini devirməyə çalışmaqda ittiham edən Pekin administrasiyası bu ifadələri istifadə edib: “Çin, ABŞ-ı Prezident Nicolas Maduro və həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətini devirməyə yönələn cəhdləri dayandırmağa və məsələləri dialoq və müzakirə yolu ilə həll etməyə çağırır”.