Maduro və həyat yoldaşı məhkəməyə gətirildi - FOTOLAR

17:56 - 05 Yanvar 2026

Maduro və həyat yoldaşı məhkəməyə gətirildi - FOTOLAR

ABŞ-ın şənbə günü səhər saatlarında həyata keçirdiyi əməliyyatla New Yorka aparılan Venesuela Prezidenti Nicolás Maduro və həyat yoldaşı Cilia Flores helikopter və zirehli maşınla məhkəməyə gətirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela Prezidenti Maduro və həyat yoldaşı Cilia Flores bu gün məhkəmə qarşısına çıxacaq.

Maduro və həyat yoldaşı Cilia Flores, əl qandalı ilə və silahlı məmurların müşayiəti ilə Brooklyn-dəki Metropolitan Həbslər Mərkəzindən zirehli maşına minərək məhkəməyə aparılmaq üçün çıxıblar.

Bir neçə kilometr sonra ABŞ təhlükəsizlik qüvvələri Maduro və həyat yoldaşını zirehli maşından çıxararaq helikoptera mindiriblər.

Əl qandalı və silahlı məmurların müşayiəti ilə helikoptera mindirilən Maduro sonra helikopterdən zirehli maşına köçürülərək Manhattan şəhərindəki New York Cənub Bölgəsi Federal Məhkəməsinə aparılıb. Venesuelalı liderin yeriyərkən çətinliklə hərəkət etməsi diqqət çəkib.

Narkotik və silah saxlama ittihamları ilə qarşı-qarşıya olan Maduronun saat 20:00-da hakim qarşısına çıxması gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az