Rusiya ABŞ-ı Nikolas Maduronu azad etməyə çağırdı

20:18 - 05 Yanvar 2026

Rusiya ABŞ-ı Nikolas Maduronu azad etməyə çağırdı

"Rusiya ABŞ-ın Venesuelaya qarşı beynəlxalq təcavüz aktını pisləyir".


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

    Nebenzyanın sözlərinə görə, ABŞ-ın Karakasda etdiklərinə heç cür haqq qazandırmaq mümkün deyil.

    O qeyd edib ki, "Rusiya ABŞ-ı Venesuelanın seçilmiş prezidenti Nikolas Maduronu azad etməyə çağırır".

    "Rusiya ümid edir ki, Amerikanın bu hərəkətləri digər ölkələr tərəfindən obyektiv qiymətləndiriləcək", - daimi nümayəndə əlavə edib.

    Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az