Türkiyədə fabrikdə güclü yanğın - Ölən və xəsarət alanlar var

10:29 - 06 Yanvar 2026

Türkiyədə fabrikdə güclü yanğın - Ölən və xəsarət alanlar var

Türkiyənin Hatay şəhərində meyvələrin qablaşdırılması fabriki yanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğında bir işçi dumandan zəhərlənərək həyatını itirib, 60 işçi isə təxliyə edilib.

Hadisənin səbəbi hələ ki məlum deyil. Yanğın qısa müddət ərzində böyüyərək fabriki bürüyüb. Fabrikin yanmağa başladığını görən işçilər vəziyyəti aiddiyyatı qurumlara dərhal bildiriblər. Bunun ardınca hadisə yerinə polis, təcili yardım və yanğınsöndürənlər göndərilib.

Polis orqanları yanğının səbəbi ilə bağlı araşdırma başladıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az