Somalidə keçirilən əməliyyatda 5 terrorçu zərərsizləşdirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Somali Milli Ordusu Geddo bölgəsinin 30 kilometr şimalında planlı əməliyyat keçirib.
Əməliyyatda "Əş-Şəbab" terrorçularının gizləndiyi nöqtələr hədəf alınıb, qrupun bölgədə yerli əhaliyə təhdid yaradan elementlərinə ağır zərbə vurulub.
Açıqlamada əməliyyatda 5 terrorçunun zərərsizləşdirildiyi bildirilib, vətəndaşların zərər çəkməməsi üçün bütün lazımi tədbirlərin görüldüyü vurğulanıb.