"Kapalıçarşı"da əməliyyat - 80 nəfərə həbs qərarı

14:00 - 06 Yanvar 2026

\"Kapalıçarşı\"da əməliyyat - 80 nəfərə həbs qərarı

Türkiyənin məşhur "Kapalıçarşı" bazarında keçirilən istintaq çərçivəsində dördüncü dalğa əməliyyatı həyata keçirilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində 14 əyalətdə 80 şübhəli haqqında həbs qərarı verilib. Bunlardan 68-i həbs edilib.

Davamedən araşdırmalar nəticəsində, forex, informasiya texnologiyaları ilə həyata keçirilən fırıldaqçılıq və qanunsuz virtual mərz saytlarından əldə edilən pulların xüsusi şirkətlər və şəxsi bank hesabları vasitəsilə qanuni bank sistemi ilə əlaqələndirildiyi, əldə edilən pulun kripto şirkətlərinə göndərilərək xaricə çıxarıldığı müəyyən edilib.

Bu çərçivədə aparılan araşdırmalar nəticəsində İstanbul, Adana, Ankara, Bursa, Gaziantep, Şırnak, Şanlıurfa, Osmaniye, Sakarya, Kayseri, Kırıkkale, Rize, Manisa, Muğla və Samsun şəhərlərində 80 şübhəli haqqında həbs qərarı verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az