97 yaşlı türkiyəli ustad aktyor, rejissor, təlimçi və pyes yazarı Haldun Dormen xəstəxanaya yerləşdirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi qısa müddət əvvəl keçirdiyi infeksiya səbəbilə xəstəxanada müalicə alır.
Həkimləri tərəfindən vəziyyəti yaxından izlənilən Dormenin sağlamlıq vəziyyətinin stabilləşdiyi bildirilib.
Dövlət sənətçisi fəxri adı daşıyan ustad aktyor, bu il sənət həyatının 72-ci ilini qeyd edir.
Qeyd edək ki, Dormen 1990-cı illərdə Hacettepe Universiteti tərəfindən Onur Elm Doktoru fəxri adı ilə təltif olunub, bir çox mühüm festivalda şərəf mükafatına layiq görülüb.