Miyom əməliyyatı zamanı həkim səhvi nəticəsində bağırsağının kəsildiyini bildirən aktrisa Aslı Bekiroğlu bir daha əməliyyat olunub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxana otağından foto paylaşan Bekiroğlu "Şükürlər olsun ki, əməliyyatım yaxşı keçdi" - deyərək sağlamlığının yaxşı olduğunu bildirib.
Bekiroğlu qatıldığı bir "YouTube" proqramında yaşadığı təcrübələri ilk dəfə detallı şəkildə anlatmış və rahmindəki miyomun alınması üçün girdiyi əməliyyat zamanı bağırsağının təxminən 7 santimetr kəsildiyini bildirmişdi. Aktrisa, əməliyyatdan sonra bir həftə ərzində sızıntı meydana gəldiyini və bunun üzərinə təcili olaraq yenidən əməliyyata alındığını ifadə etmişdi.