Zelenski həmin bəyannaməni imzaladı

23:32 - 06 Yanvar 2026

Zelenski həmin bəyannaməni imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.


Manset.az xəbər verir ki, sənəd tərəflər arasında keçirilən üçtərəfli görüş zamanı imzalanıb.

Bəyannaməyə əsasən, beynəlxalq qüvvələrin Ukraynada yerləşdirilməsi təhlükəsizliyin təmin edilməsi və strateji sabitliyin qorunması məqsədi daşıyır. Qüvvələrin tərkibi və yerləşdirilmə müddəti barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Xatırladaq ki, Parisdə Yelisey sarayında 27 ölkədən çox nümayəndənin iştirakı ilə “İstəklilər koalisiyası”nın görüşü baş tutub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az