Ağ Evin Mətbuat Katibi Karoline Leavitt ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın strateji əhəmiyyətinə diqqət çəkdiyini xatırladaraq, ABŞ ordusunun istifadəsinin hər zaman onun əlində olan bir seçim olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı etdiyi və narazılıq doğuran açıqlamaları ilə əlaqədar yeni bir bəyanat verilib. Ağ Evin Mətbuat Katibi Karoline Leavitt Trampın Qrenlandiyaya verdiyi strateji əhəmiyyətə istinad edərək, "Prezident Tramp Qrenlandiyanın alınmasının ABŞ üçün milli təhlükəsizlik prioriteti olduğunu və Arktik bölgəsindəki rəqiblərimizi qorxutmaq üçün həyati önəm daşıdığını açıq şəkildə bildirmişdir" - deyib.
Qrenlandiya məsələsində güc istifadə etmək də daxil olmaqla, müxtəlif seçimlərin masada olduğunu vurğulayan Leavitt, "Prezident Tramp və komandası bu mühüm xarici siyasət məqsədini reallaşdırmaq üçün müxtəlif seçimləri müzakirə edir və təbii ki, ABŞ ordusunun istifadəsi də hər zaman baş komandanın əlində olan bir seçimdir" - qiymətləndirməsini edib.