Avropada şiddətli qar yağışı və soyuq qitə üzrə ciddi nəqliyyat problemlərinə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, Fransada 5, Bosniya-Hersekdə isə 1 nəfər mənfi hava şəraiti səbəbindən həyatını itirib.
Fransanın cənub-qərbindəki Landes bölgəsində buzlanma nəticəsində baş verən iki ayrı qəza zamanı 3 nəfər ölüb, Paris ətrafında isə yaşanan yol qəzalarda 2 nəfər həyatını itirib. Parisin şərqində bir sürücünün ağır yüklə çarpması nəticəsində bir nəfər ölüb, başqa bir hadisədə isə taksinin qaldırıma çırpılıb Marne çayına düşməsi nəticəsində bir sərnişin həyatını itirib.
Balkanda da qar və leysan yağışları təsirini göstərib. Bosniya-Hersekin paytaxtı Saraybosnada, yoğun qar yağışı səbəbindən ağaçın devrilməsi nəticəsində bir qadın həyatını itirib.