ABŞ Prezidenti Donald Trampın paylaşdığı fotoşəkildən sonra Maduronun geyindiyi idman kostyumu sosial mediada gündəm olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu geyimin populyarlaşması ilə bağlı markaların anbarlarında malların qısa müddətdə tükəndiyi bildirilib.
Şəkil ABŞ-ın Karakasda keçirdiyi əməliyyatın ardından çəkildi. ələ keçirilən Venesuela Prezidenti Nicolás Maduro, gözləri və qulaqları bağlı olduğu halda üzərində bir idman kostyumu geyinirdi.
Sosial media istifadəçiləri, Maduronun boz rəngli idman kostyumunun markasını və modelini araşdırmağa başladılar. Bir idman geyimi markasına aid olduğu müəyyən edilən kostyum, internetdə sürətlə satılıb və bir çox ölçülər stokdan tükənib.