Maduro ilə bağlı iddiaya Ərdoğandan CAVAB

17:29 - 07 Yanvar 2026

Maduro ilə bağlı iddiaya Ərdoğandan CAVAB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Maduroya Türkiyəyə getməyi təklif etdiyi iddialarına dair açıqlama verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Venesuelanın paytaxtı Karakasda hücum təşkil etmiş və Prezident Nicolás Maduro ilə həyat yoldaşını gecə yarısı həyata keçirilən əməliyyatla ələ keçirmişdi.

Hadisədən sonra "New York Times" qəzeti ABŞ Prezidenti Donald Trampın dekabrın sonunda Maduroya hakimiyyətdən ayrılıb Türkiyəyə getməyi təklif etdiyini yazmışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Trampın Venesuela Prezidenti Maduroya Türkiyəyə getməyi təklif etdiyi ilə bağlı yayılan iddialara münasibət bildirərək, "Belə bir şey yoxdur. Bizə belə bir xəbər gəlməyib" - deyə qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az