19 illik evliliklərini mətbuat dünyasından uzaq və nümunəvi bir şəkildə davam etdirən Oskar mükafatı sahibi aktrisa Niköl Kidman ilə Qremmi mükafatı qazanan musiqiçi Kit Urban ayrılma qərarı aldıqlarını açıqladılar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, 2006-cı ildə möhtəşəm bir mərasimlə evlənən bu cütlük təxminən iyirmi illik bərabərliklərini sona çatdırmaq qərarına gəlib.
Cütlük menecerləri vasitəsilə verdikləri birgə açıqlamada, ayrılma qərarını "dərin bir kədər, amma qarşılıqlı sevgi və hörmət çərçivəsində" aldıqını bildiriblər. Açıqlamada hər iki şəxsin də ən prioritetinin uşaqları olacağı vurğulanaraq bu çətin dövrdə şəxsi həyatlarına hörmət göstərilməsi xahiş edilib.