İranda 11 gündür davam edən etirazlarda həyatını itirənlərin sayı 38-ə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-dən isə etirazlara dair yeni bir açıqlama gəlib.
"İran International"a danışan Ağ Ev rəsmisi, əgər İran hökuməti dinc etirazçılara qarşı zorakılıq tətbiq edərək onları öldürərsə, ABŞ-nin buna cavab olaraq güc istifadə edəcəyini bildirib.
Qeyd edək ki, İranda etirazlar bir müddət əvvəl iqtisadi problemlər səbəbindən başlayıb.