ABŞ Prezidenti Donald Tramp arasında 31 Birləşmiş Millətlər Təşkilatının (BMT) da olduğu 66 beynəlxalq təşkilatdan ABŞ-ın çəkilməsini nəzərdə tutan prezident sərəncamına imza atıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin yazılı açıqlamasında Trampın Amerikanın maraqlarını ön planda tutan geniş bir qərar verdiyi bildirilib. Açıqlamada ABŞ-ın artıq milli maraqlarına xidmət etmədiyi qiymətləndirilən 66 beynəlxalq təşkilatdan ayrılacağı açıqlanıb.
"Bugün Prezident Donald Trump, artıq Amerikanın maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan ABŞ-ın çəkilməsini əmr edən bir prezident sərəncamı imzaladı. Söz konusu sərəncam; bütün icra orqanlarına və qurumlarına, ABŞ-ın milli maraqlarına, təhlükəsizliyinə, iqtisadi rifahına və ya suverenliyinə zidd fəaliyyət göstərən 35 Birləşmiş Millətlər Təşkilatından kənar təşkilat və 31 BMT təşkilatına qatılmağı və maliyyə dəstəyini dayandırmağı tapşırır" - ifadələri də açıqlamada yer alıb.
ABŞ-ın hansı təşkilatlardan geri çəkiləcəyi barədə isə açıqlamada məlumat verilməyib.