Venesuelada müvəqqəti prezidentlik vəzifəsini icra edən Delcy Rodriguez ABŞ-nin Prezident Nicolas Maduro və həyat yoldaşına qarşı həyata keçirdiyi hərbi müdaxiləyə münasibət bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rodriguez "Qaçırılan Prezident Nicolas Maduroya sadiq qalırıq" - deyib.
Rodriguez Bolivar Milli Qvardiyasının (GNB) Hərbi Akademiyasında keçirilən rütbə artımı mərasimində dövlət televiziyası VTV-dən canlı yayımlanan çıxışında bunları söyləyib.
ABŞ-nin hərbi müdaxiləsi zamanı heç kimin təslim olmadığını vurğulayan Rodriguez, "Burada heç kim təslim olmadı, burada bir qarşıdurma oldu və bu qarşıdurma bu vətən uğrunda oldu. Azadlıq döyüşçümüz Simon Bolivar üçün, Hugo Chavez üçün oldu və burada Venezuela uğrunda bir mübarizə aparıldı. Bu bizim ən böyük fəxrimizdir", – deyə bildirib.