Britaniya hökuməti digər Avropa ölkələri ilə Qrenlandiyaya qoşun göndərmək imkanını müzakirə edir.
Manset.az xəbər verir ki, bu barədə "The Sunday Telegraph" qəzeti məlumat yayıb.
"Bölgədə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı NATO ilə danışıqlar davam edir. Böyük Britaniya Arktikanı çəkindirmə və müdafiəni təmin etmək üçün NATO müttəfiqləri ilə əməkdaşlıq edir", - mənbə bildirib.
Britaniya ümid edir ki, adada hərbi mövcudluğun artırılması ABŞ Prezidenti Donald Trampı Qrenlandiyanın ilhaq edilməsi ideyasından imtina etməyə inandıracaq.
Yanvarın 10-da Qrenlandiyanın beş siyasi partiyasının liderləri ABŞ Prezidenti Donald Trampın adanın ilhaqına dair çağırışlarına cavab olaraq birgə bəyanat yayıblar .