Kanadada Tramp narahatlığı - Növbəti hədəf Ottavadır? 

10:37 - 11 Yanvar 2026

Kanadada Tramp narahatlığı - Növbəti hədəf Ottavadır? 

Kanada ABŞ Prezidenti Donald Trampın son vaxtlar atdığı aqressiv addımlar fonunda ciddi narahatlıq keçirir. Venesuelada baş verən səs-küylü proseslər və Qrenlandiya ilə bağlı səsləndirilən sərt bəyanatlardan sonra Ottavada ehtiyat edirlər ki, növbəti təzyiq hədəfi məhz Kanada ola bilər.


Manset.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazır. Məqalədə qeyd olunur ki, bir sıra analitiklər Vaşinqtonun gələcək addımları sırasında yalnız siyasi və iqtisadi təzyiqləri deyil, hətta "hərbi məcburetmə" ssenarisini də mümkün variant kimi dəyərləndirirlər.

Ekspertlərin fikrincə, Tramp administrasiyasının qeyri-ənənəvi və sərt xarici siyasət xətti region ölkələrində, xüsusilə də ABŞ-yə yaxın müttəfiqlər arasında narahatlığı daha da artırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az