ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib - İDDİA

18:54 - 11 Yanvar 2026

ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib - İDDİA

ABŞ ordusunun Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün həyata keçirdiyi əməliyyat zamanı naməlum və yüksək texnologiyalı “gizli silahdan” istifadə etdiyi iddia olunur.


Manset.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti Maduronun mühafizə xidmətinin əməkdaşının ifadələrinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yanvarın 3-də baş tutan əməliyyat zamanı ABŞ xüsusi təyinatlıları radar sistemlərini sıradan çıxararaq müdafiə nöqtələrini dronlarla “kor” ediblər. Lakin ən diqqətçəkən məqam əməliyyatın son mərhələsində istifadə olunan dalğa silahı ilə bağlıdır.

O söyləyib ki, Amerika helikopterləri əraziyə yaxınlaşdıqda güclü səs dalğası yaradan qurğudan istifadə ediblər:

“Başımın içəridən partladığını hiss etdim. Ətrafımdakı əsgərlər burunlarından qan gələrək yerə yıxıldılar və qan qusmağa başladılar. Heç kim ayağa qalxa bilmirdi”.

Qəzet yazır ki, təsvir edilən əlamətlər mikrodalğalı və ya yönləndirilmiş enerji silahlarına (Directed Energy Weapons) işarə edir ki, bu növ silahlar insan orqanizmində daxili qanaxma və tam hərəkətsizlik yarada bilir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və xanımı Siliya Flores həbs ediliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az