İranda baş verən iğtişaşlar 500-dən çox insanın ölümünə səbəb olub.
Manset.az xəbər verir ki, bu barədə hüquq müdafiə qruplarındakı mənbələrə istinadən “Reuters“ məlumat yayıb.
Tehran isə ABŞ prezidenti Donald Trampın etirazçıların lehinə müdaxilə etmək qərarına gələcəyi təqdirdə ABŞ hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, İran 2022-ci ildən bəri ən böyük nümayişlərlə üzləşdiyi üçün Tramp dəfələrlə etirazçılara güc tətbiq olunarsa, müdaxilə edəcəyi ilə bağlı ölkə rəhbərliyini hədələyib.
İranın daxilində və xaricində fəallardan əldə olunan son rəqəmlərə görə, iki həftəlik iğtişaşlarda 490 etirazçı və 48 hüquq mühafizə orqanı əməkdaşı həlak olub, 10.600-dən çox insan isə həbs olunub.