İranda etirazlarda ölənlərin sayı açıqlandı

11:05 - 12 Yanvar 2026

İranda etirazlarda ölənlərin sayı açıqlandı

ABŞ mərkəzli qeyri-hökumət təşkilatı olan İran İnsan Haqları Fəalları (HRA) İranda 28 dekabr 2025-ci il tarixindən bəri davam edən etiraz aksiyalarında həlak olanların sayının azı 544 nəfərə çatdığını açıqlayıb. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılanların sayının isə 10 min 681 nəfərə çatdığı açıqlanıb. 

Açıqlamada qeyd olunub ki, ölənlərdən 483 nəfəri etirazçı, 47 nəfəri təhlükəsizlik qüvvələrinin əməkdaşı, 8 nəfəri uşaq, 5 nəfəri aksiyalarda iştirak etməyən mülki şəxs, 1 nəfəri isə hökumət adından fəaliyyət göstərən prokurordur. Həmçinin 579 ölüm faktı ilə bağlı məlumatın araşdırma mərhələsində olduğu vurğulanıb.

Açıqlamada etiraz aksiyalarının ölkə üzrə 186 şəhər və 31 vilayətdə 585 müxtəlif nöqtəni əhatə etdiyi bildirilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az