Nyu-Yorkda Trampa qarşı ETİRAZ

16:15 - 12 Yanvar 2026

Nyu-Yorkda Trampa qarşı ETİRAZ

ABŞ-ın Nyu-York şəhərində minlərlə insan Minnesota ştatında Göçmenlik və Gümrük Mühafizə (ICE) əməkdaşlarının ABŞ vətəndaşı Renee Nicole Macklin Good-u vuraraq öldürməsini protesto edərək "Donald Trump getməlidir" - şüarı səsləndirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Good-un öldürülməsini tənqid edən minlərlə insan Nyu-Yorkdakı Central Park yaxınlığında toplanaraq Manhetten bölgəsində yürüş təşkil edib. Tramp Tower yaxınlığında yolu bağlayan etirazçılar ABŞ Prezidenti Donald Trampın qeyri-qanuni miqrantların ölkədən çıxarılması siyasətini və Venesuelaya hərbi müdaxiləni tənqid edən pankartlar daşıyıblar.

"The New York Times" qəzetinin məlumatına görə, Good-un ICE əməkdaşları tərəfindən öldürülməsini dəstəkləyən Daxili Təhlükəsizlik Naziri Kristi Noem-ə qarşı "Kristi Noem-i cəhənnəmə göndərin" yazılı pankartı tutan etirazçılar, "Donald Tramp getməlidir" mesajı verdilər.

Etirazçıların böyük əksəriyyəti bir müddət sonra dağılıb. Lakin protestoya davam edən qrupun Trampı dəstəkləyən bir qrupla qarşılaşdığı vaxt baş verən insidentdə bir nəfər saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az