Dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan Luvr işçilərin yenidən başlatdığı tətil səbəbindən qapılarını ziyarətçilərə bağlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, personal çatışmazlığı və iş şəraiti ilə bağlı etirazlar Parisdəki tarixi muzeyi bir daha sükuta qərq edib. Həmkarlar ittifaqları texniki problemlər və bina şəraitini əsas gətirərək rəhbərliyə etiraz ediblər.
Luvr rəhbərliyinin yaydığı yazılı bəyanatda, tətil səbəbilə lazım olan xidmətlərin təmin oluna bilmədiyi bildirilərkən ziyarətçilərin narazılıq yaşamamaları üçün muzeyin müvəqqəti olaraq bağlanacağı ifadə edilib.