ABŞ ölkədə davam edən etirazları və təhlükəsizlik risklərini əsas gətirərək, İrandakı vətəndaşlarına çağırış edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Tehran Virtual Səfirliyi tərəfindən yayımlanan təhlükəsizlik xəbərdarlığında ABŞ vətəndaşlarından Vaşinqton idarəsinin "yardımına ehtiyac duymadan İrandan çıxmaq üçün plan qurmaqları" - istənilib.
Açıqlamada ölkədəki etirazlara və təhlükəsizlik risklərinə diqqət çəkilərək, "İrandan dərhal çıxın. Əgər çıxa bilmirsinizsə, evinizdə və ya başqa bir təhlükəsiz binada qorunmağa çalışın" - ifadələri yer alıb.
Ağ Evin sözçüsü Karoline Leavitt ABŞ Prezidenti Donald Trampın İran məsələsində ilkin olaraq diplomatiyaya üstünlük verdiyini, lakin hərbi gücün də həmişə masada olduğunu qeyd edib.