İtaliyada həftələrlə nəticə alınmayan axtarış işləri dron görüntülərini analiz edən süni intellektin qar üzərində tapdığı qırmızı bir kask sayəsində saatlar içində sona çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 66 yaşındakı Ivaldo işə gəlmədiyi üçün itkin elan edilib. Tək başına yola çıxan Ivaldo hara getdiyini heç kimə bildirməmişdi. Xilasetmə qruplarının əlindəki yeganə ipucu, Castello di Pontechianaledə tapılan maşını və telefonundan alınan son siqnal olub.
İtaliyanın Piemonte bölgəsində itkin düşən bu şəxsin tapılması axtarış və xilasetmə işlərində süni intellektin həyati əhəmiyyət daşıyan potensialını ortaya qoyub. Həftələrlə, hətta aylarla davam edən axtarışlar, süni intelletin sayəsində nəticə verib.