Rusiya özünü Qrenlandiya üçün təhdid olaraq təqdim etməyin və bu barədə panik yaratmağın uydurulmuş bir əfsanə olduğunu iddia edib. Rusiyanın açıqlamasında NATO-nu hədəf alarkən birbaşa ABŞ-a heç bir şey deməməsi diqqət çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya NATO-nun Rusya və Çinin Qrenlandiya üçün təhlükə yaratdığına dair iddialarının, qəsdən histeriya yaratmaq məqsədilə uydurulmuş bir əfsanə olduğunu vurğulayıb və Qərb ittifaqının Arktikada qarşıdurmanı qızışdırmaq siyasətinin olduqca təhlükəli olduğunu qeyd edib.
Rusiyanın bu açıqlaması artıq Grönlandda hərbi bazaları olan ABŞ-ın, milli təhlükəsizlik səbəbləri ilə Danimarkaya məxsus olan bu xarici torpağı nəzarətə keçirmək istədiyini bildirən ABŞ Prezidenti Donald Trampın daha da aqressivləşən açıqlamalarından sonra gəlib.