Avstraliyanın Viktoriya əyalətində baş verən şiddətli yağışlar səbəbindən böyük sel hadisəsi yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sular altında qalan Böyük Okean Yolu nəqliyyat üçün bağlanıb, bir çox avtomobil dənizə sürüklənib. Yerli hakimiyyət orqanları, məşhur turizm bölgəsi olan Böyük Okean Yolu boyunca yerləşən qəsəbələr üçün təcili vəziyyət xəbərdarlığı yayımlayıb. Həmin xəbərdarlıqda, "şiddətli göy gurultulu fırtına və ani sel nəticəsində çox təhlükəli şərait yaranıb" ifadələri istifadə edilib. Bölgə sakinlərinə evlərindən çıxmamaları və sel sularından uzaq yerlərə getmələri tövsiyə edilib. Eyni zamanda, əyalətdə 6.500 evin elektrik enerjisiz qaldığı bildirilir.
Melburn əyalətinin Təcili Yardım Xidməti, sel sularının karavan parklarına daxil olmasından sonra avtomobillərində sıxışan insanlara yardım etməyə çalışan xilasetmə qruplarının fəaliyyət göstərdiyini açıqlayıb.
Yerel meteorologiya xidməti, yaxınlıqdakı Mount Cowley bölgəsində səhər saat 09:00-dan etibarən 166 millimetr (6,5 düym) yağışın qeydə alındığını bildirib.