Portuqaliya İrandakı səfirliyini bağladı

20:03 - 15 Yanvar 2026

Portuqaliya İrandakı səfirliyini bağladı

Portuqaliya təhlükəsizlik səbəbləri ilə İrandakı səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib.


Manset.az xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"O ölkədə olan bütün Portuqaliya vətəndaşları ilə əlaqə saxlanılıb. Səkkiz nəfər artıq İranı tərk edib. Bəzi vətəndaşlar ölkədən çıxmaq üzrədir, digər 10 vətəndaş (onlardan yeddisi ikili vətəndaşlığa - Portuqaliya və İran vətəndaşlığına malikdir) qalmaq qərarı alıblar", - nazirlikdən bildirilib.

XİN əlavə edib ki, bölgədəki hazırkı gərgin vəziyyət və potensial silahlı münaqişə təhlükəsi səbəbindən İrana hər hansı səfərlər qətiyyətlə tövsiyə olunmur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az